1983
16:17
06 Fevral 2020

Mourinyonun etirafı: “Rəqib qələbəyə layiq idi”


"Tottenhem"in baş məşqçisi Joze Mourinyo İngiltərə kubokunun 1/16 final mərhələsində "Sauthempton"a qalib gəldikləri (3:2) oyun haqda danışıb.

Lent.az -ın məlumatına görə, portuqaliyalı mütəxəssis rəqib barədə müsbət fikirlər səsləndirib.

Mourinyo komandasının oyunundan razı qalmadığını etiraf edib: “Dürüst olmalıyam: meydanda ən yaxşı oyun göstərən komanda uduzdu. “Sauthempton”u çox bəyəndim, qələbəyə layiq idi. Öz komandamla bağlı onu deyə bilərəm ki, futbolçular sona qədər mübarizə apardılar və təslim olmadılar. İntensivlik baxımından rəqib bizi üstələyirdi. Dele Alli meydana daxil olandan sonra oyunun gedişatını dəyişməyi bacardı”.

Qeyd edək ki, “Tottenhem” İngiltərə kubokunun növbəti mərhələsində “Norviç”lə qarşılaşacaq.