14272
15:55
06 Fevral 2020

Məcburi köçkünlərin məskunlaşdığı bina yandı


Beyləqanda yanğın hadisəsi baş verib.

Lent.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Beyləqan rayonunda məcburi köçkünlərin məskunlaşdığı ümumi sahəsi 150 m² olan birmərtəbəli binada 1 otağın yanar konstruksiyaları və dam örtüyü 25 m² sahədə və bitişik, taxta konstruksiyalardan ibarət tikili 25 m² sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.