18894
15:08
06 Fevral 2020

Röya Ayxan Xalq artistinə "Sevgilim" dedi - VİDEO

Xalq artistləri Röya Ayxan və Miri Yusif növbəti duet layihələrini təqdim ediblər.

Lent.az xəbər verir ki, hər iki məşhur bu dəfə “Sevgilim” adlı mahnını ifa edib. Mahnının müəllifi Jay Hun, aranjimanı Xalis Xandır. Röya və Miri Yusif “Sevgilim”ə klip də çəkdiriblər.

Onlar bunun üçün rejissor Fərhad Əliyə müraciət ediblər. Ekran işi Qəbələ rayonunun Laza kəndində bir günə lentə alınıb. Layihənin baş prodüserləri Vüsal Rzazadə və Emin Əfəndi, icraçı prodüseri Cavid Əhmədovdur.

Klip bu gün Röyanın rəsmi “Youtube” kanalına yerləşdirilib.