25163
11:24
03 Fevral 2020

Zülfiyyə Xanbabayeva bunu heç vaxt etməyəcək: "Həyat yoldaşımla..."

Xalq artisti Zülfiyyə Xanbabayeva yaradıcılığından danışıb.

Lent.az -ıa açıqlama verən ifaçı bildirib ki, heç bir zaman klip təqdimatı etməyəcək:

“Heç bir zaman klip təqdimatı etməmişəm. Klipə nə təqdimat? Bu bizim işimizdir. Yeniliyim olanda, bunu “Youtube”da təqdim edirəm.

Şəxsi həyatımı gündəmə gətirməyi sevmirəm. Bu yaxınlarda həyat yoldaşımla bir şəklimi paylaşdım. 20 ildə 1 dəfə paylaşmaq olar. Bizim işimiz mahnı oxumaq və klip çəkdirməkdir. Şəxsi həyat və söz-söhbətlə gündəmdə olmaq yaxşı hal deyil”.

Qeyd edək ki, Z.Xanbabayeva "Simurq" futbol klubunun eks-prezidenti Zaur Məmmədovla evlidir. Cütlüyün Dəniz adlı bir qızı var.