1623
14:32
30 Yanvar 2020

AFFA daha bir rusiyalını milliyə gətirir

Azərbaycan milli komandasına yeni futbolçu cəlb oluna bilər.

Apasport.az saytının məlumatına görə, AFFA daha bir rusiyalı futbolçunun vətəndaşlığını dəyişdirmək qərarına gəlib.

Qurum qonşu ölkədən olan əslən azərbaycanlı Kamran Əliyevin yığmamıza gətirilməsi üçün danışıqlara başlayıb. Əvvəllər Azərbaycanın U-20 yığmasında çıxış etmiş hücumçu hazırda Rusiyanın I divizionunda mübarizə aparan "Ximki"nin şərəfini qoruyur. 22 yaşlı forvard cari mövsüm I divizionunda 23 oyuna 8 qol vurub. Rusiyanın Premyer Liqa klublarının da transfer siyahısına daxil olan hücumçu barədə millimizə gələcək yeni baş məşqçi də məlumatlandırılacaq.

Qeyd edək ki, digər ölkələrdə yaşayan azərbaycanlılara vətəndaşlıq verməklə yığmaya cəlb etməsi adi hala çevrilən AFFA daha iki oyunçu ilə də danışıqlar aparır. Bunlar Rusiya vətəndaşı olan soydaşlarımız "Spartak"ın üzvü Ayaz Quliyev və "Ufa"da çıxış edən Azər Əliyevdir.