1982
19:13
29 Yanvar 2020

Rübabə Muradovanın xatirəsi anılacaq

Fevralın 21-də Beynəlxalq Muğam Mərkəzində (BMM) Xalq artisti, xanəndə Rübabə Muradovanın xatirəsi yad olunacaq.

Mədəniyyət Nazirliyindən Lent.az -a verilən məlumata görə, tədbir Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsi çərçivəsində reallaşacaq.

Gecədə R.Muradova haqqında ən xoş və həzin xatirələr səslənəcək, gənc xanəndələr onun repertuarından olan mahnıları ifa edəcəklər.