622
19:16
29 Yanvar 2020

Bakıda silahlı keçmiş məhkum saxlanıldı

Bakıda Şabran sakinində silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Z.Məlikovdan “Minta-37” markalı tapança və 3 ədəd patron aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.