2080
17:27
29 Yanvar 2020

Sirkə turşusu içən qadın öldü


Hacıqabulda 58 yaşlı qadın sirkə turşusundan zəhərlənərək ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul şəhər sakini, 58 yaşlı Yuzbaşeva Kifayət Ağaqulu qızı sirkə turşusundan zəhərlənərək dünyasını dəyişib.

Faktla bağlı Hacıqabul rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.