801
18:14
29 Yanvar 2020

Bakının bu rayonlarında qanunsuz heyvan kəsimi məntəqələri aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları Qaradağ və Sabunçu rayon İcra Hakimiyyətləri nümayəndələri və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə Qaradağ rayonu, Lökbatan qəsəbəsində və Sabunçu rayonu, Zabrat ŞTQ-də qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində antisanitar vəziyyət və qanunsuz heyvan kəsiminə qarşı reyd keçiriblər.

Agentlikdən Lent.az -a verilən məlumata görə, kəsim sahələrinə baxış keçiriən zaman müəyyən edilib ki, bu ünvanlarda fəaliyyət göstərən ət satışı mağazalarında antisanitar vəziyyət və baytarlıq ekspertizası aparılmadan ətlərin satışı həyata keçirilir. Bununla əlaqədar sahibkarlıq subyektlərinə məxsus qeyri-qanuni fəaliyyət göstərən ət satışı mağazalarında və yol kənarlarında qanunsuz heyvan kəsimində istifadə olunan dəmir konustruksiyalı qurğular yerli icra orqanlarının əməkdaşları tərəfindən ləğv edilib.