8822
15:03
29 Yanvar 2020

Sosial şəbəkədəki bu insanlar ehtiyatlı olsunlar! - Cəzası var - VİDEO

Gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilən sosial şəbəkələr həm də bəzi insanların həqiqətə uyğun olmayan məlumatlar paylaşmaq üçün istifadə etdiyi ən böyük vasitələrdən biridir.

Müxtəlif məlumatlardan məqsədli şəkildə istifadə etmək istəyənlər cəmiyyət arasında fikir ayrılığı və çaşqınlıq yaratmaq üçün məhz sosial şəbəkələrə üz tuturlar. Görəsən, qanunvericilikdə həmin şəxslərə qarşı hansı tədbirlər nəzərdə tutulur?

Hüquqşünas Şamil Paşayev məsələ ilə bağlı Lent.az -a açıqlamasında deyib ki, qəsdən təxribat xarakterli məlumatlar paylaşan şəxslər məsuliyyətə cəlb olunmalıdır. O, bu işə ən çox kimlərin can atdığını da söyləyib: “Daxili İşlər Nazirliyi belə halların ölkədəki sabitliyin pozulmasında maraqlı olan şəxslərin qəsdən törətdiyini bildirir. Nazirlik təxribat mahiyyətli informasiyaları heç bir əsası olmayan, reallıqdan tamamilə uzaq, vətəndaşlarda dövlət qurumlarına inamsızlıq yaratmaq niyyəti güdən və qərəzli şəkildə uydurulan məlumatlar da adlandırıb”.