673
14:41
29 Yanvar 2020

Çində idman yarışları dayandırıldı


Çində bütün idman yarışlarının keçirilməsi dayandırılıb.

Apasport.az saytının məlumatına görə, buna ölkədə yayılan koronavirus səbəb olub.

2020-ci ilin aprelinə qədər ölkədə heç bir idman tədbiri keçirilməyəcək.

Qeyd edək ki, son məlumata əsasən 6 mindən artıq adamın yoluxduğu virusdan 132 nəfər ölüb.