766
14:02
29 Yanvar 2020

"Həmin şəxslər geri göndəriləcək" - Baş infeksionistdən koronavirus açıqlaması


“Ölkədə koronavirusla bağlı vəziyyət stabildir, heç bir xəstələnmə halı yoxdur”.

Bunu APA -ya açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, buna baxmayaraq, koronavirusun yayılma ehtimalı yox deyil: "Bu, istisna olunmur. Bunun qarşısının alınması istiqamətində çoxlu tədbir görülür. Ölkəyə daxi olan bütün insanlar koronavirusla bağlı yoxlanılır. Xəstələr olarsa, onlardan patoloji material götürülüb öyrəniləcək. Nəsə çıxarsa, həmin şəxslər geri göndəriləcəklər. Bununla bağlı ciddi iş aparılır”.

Baş infeksionist qeyd edib ki, dekabr ayında kəskin respirator virus infeksiyaları ilə bağlı xəstələnmə halları indikindən çox olub: “Son vaxtlar xəstələnmə haları azalıb. Stabilləşmə gedir. Keçən illə müqayisədə kəskin respirator virus infeksiyaları ilə xəstələnmə halı az müşahidə olunur".

Qeyd edək ki, Çində yeni koronavirusa yoluxanların sayı 5974 nəfərə çatıb, onlardan 132 nəfəri dünyasını dəyişib.