683
13:21
29 Yanvar 2020

57 yaşlı kişi Kürdə batdı

Sabirabad rayonunda bir nəfər Kür çayında batıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az -a verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Sabirabad rayonunun Poladtuğay kəndində, Kür çayına düşdüyü ehtimal olunan 57 yaşlı Aslanov Cəmaləddin Zöhrab oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.