768
12:11
29 Yanvar 2020

Bakıda maşından meyit tapıldı


Bakıda sürücü sükan arxasında ölüb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində qeydə alınıb.

Bərdə rayon sakini, 1933-cü il təvəllüdlü Cəfərov Çingiz Bəhmən oğlu qəsəbə ərazisində özünə məxsus avtomobildə ölü tapılıb.

Onun sükan arxasında ürək tutmasından öldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.