2282
14:53
28 Yanvar 2020

Azərbaycan yığmasının üzvü həlak oldu – RUSİYADA AĞIR QƏZA

Moskva-Həştərxan magistralının 607-ci kilometrliyində ağır yol qəzası baş verib.

Lent.az -ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 4 nəfər həyatını itirib.

Həyatını itirənlərdən birinin sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü Sultan Nəsrullayevin olduğu bildirilir.

S.Nəsrullayev 2011-ci ildə yeniyetmə güləşçilərin dünya çempionatında qızıl medal qazanıb.