442
11:16
27 Yanvar 2020

Bakıda telefon oğurlayan qadın saxlanıldı

Bakıda turstin mobil telefonu oğurlanıb.

Lent.az -ın məlumatına görə, hadisə yanvarın 24-də, səhər saat 5-6 radələrində, Ə.Rəcəbli küçəsində yerləşən klubların birində qeydə alınıb. Bu barədə Pakistan İslam Respublikası vətəndaşı olan Hafiz Mouzi mobil telefonunun oğurlanması ilə bağlı polisə müraciət edib.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində turistin telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə məhkum olunmuş 37 yaşlı Bakı şəhər sakini Ramilə Məmmədzadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.