394
11:11
27 Yanvar 2020

Bakıda evdə kişi meyiti tapıldı

Bakıda evdə meyit tapılıb.

APA-nın məlumatına görə, paytaxtın Xəzər rayon Mərdəkan qəsəbə sakini Fərhad Aslanovun meyiti yaşadığı ünvanda aşkarlanıb.

Qeyd edək ki, F.Aslanov uzun müddətdir yalnız yaşayır və onun meyitini qonşuları ətrafa yayılan kəskin qoxudan sonra müəyyən ediblər.

Hazırda F.Aslanovun ölüm səbəbləri araşdırılır.