277
11:06
27 Yanvar 2020

Azərbaycan XİN: Nasizmin təbliği yolverilməzdir

“Bu gün bəşər tarixinin ən qaranlıq səhifələrindən biri olan Holokostun anım günüdür. Azərbaycan dini etiqadına və ya etnik mənsubiyyətinə görə insanlara qarşı zorakılığı qətiyyətlə pisləyir”.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində bildirilib.

“Bəşəriyyətə qarşı cinayətlər, soyqırımı aktları və nasizmin təbliği yolverilməzdir”, - deyə qeyd olunub.