306
10:55
27 Yanvar 2020

Su kanalına düşən kənd sakini xilas edildi

Saatlıda kənd sakini su kanalına düşüb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az -a daxil olan məlumata görə, rayonun Mollavazlı kəndində 1 nəfər su kanalına düşərək köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.