2995
09:28
27 Yanvar 2020

Arif Quliyev ilk dəfə xanımını göstərdi - EVİNDƏN VİDEO

Xalq artisti Arif Quliyev şəxsi həyatından danışıb. Lent.az -ın məlumatına görə, aktyor “Evdəkilərə salam” verilişində həyat yoldaşı Gülzar xanımla bu cür tanış olduğunu deyib:

“Düz 42 ildir bir yerdə yaşayırıq. Mən Tibb texnikumuna getmişdim. Konsertdə hamı gülürdü, bircə həyat yoldaşım gülmədi. Mən də bunu axtardım, tapdım, gülməməyinin səbəbini öyrəndim. Hətta müəlliməsindən soruşdum, dedi ki, bu qız çox ağır təbiətlidir, hər şeyə gülmür. Beləcə onu tanımağa çalışdım. Bir-birimizi bəyəndik, ona elçi göndərdim. Bu 42 ildə o məni çox anlayıb. Başa düşüb ki, mən aktyoram, bütün hər şey işimlə əlaqədardır. İş və səhnə ayrı şeylərdir. Evdə daha ciddi olmaq lazımdır”.