603
03:06
27 Yanvar 2020

Gürcüstan-Rusiya sərhədində zəlzələ olub

Gürcüstanın Rusiya ilə sərhədində 4 bal gücündə zəlzələ olub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla 01:01-də qeydə alınıb.

Dağıntı barədə məlumat yoxdur.