543
02:27
27 Yanvar 2020

Bakı-Salyan şosesində 2 avtomobil toqquşub, xəsarət alan var - FOTO - VİDEO

Bakının Səbail rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, qəza Bakı-Salyan magistralında qeydə alınıb.

Bəhruz Nəcəfli etiraf edib ki, idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən işıqforun qırmızı işığından keçmək istəyib. Bu zaman onun avtomobili işıqforun qırmızı işığında dayanmış Məhərrəm Hüseynlinin idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Hadisə zamanı M.Hüseynli xəsarət alıb.

Əraziyə Səbail Rayon DYP əməkdaşları cəlb edilib, avtotexniki ekspertiza təyin edilib.

Hadisənin təfərrüatı araşdırılır.