480
02:09
27 Yanvar 2020

Trampın İsrailin Baş naziri və müxalifət lideri ilə görüşünün tarixi açıqlandı

ABŞ Prezidenti Donald Tramp yanvarın 27-də Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu və onun siyasi rəqibi “Kahol-Lavan” mərkəzçi blokunun lideri Beni Ganz ilə görüşəcək.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Trampın Netanyahu və Ganzla ABŞ-ın Fələstin-İsrail münaqişəsini həll etmək planının detallarını müzakirə edəcəyi gözlənilir.

Əvvəlcə ABŞ lideri Baş naziri, sonra isə müxalifət liderini qəbul edəcək. Məlumata görə, prezidentin planının təfərrüatlarını onlarla bölüşəcəyi gözlənilir.

Qeyd edək ki, bundan əvvəl Ağ Ev görüşlərin yanvarın 28-də keçiriləcəyini bildirmişdi.