870
03:39
26 Yanvar 2020

"Boeing 777X"-in ilk sınaq uçuşu həyata keçirilib

“Boeing” şirkəti geniş gövdəli “Boeing 777X sərnişin təyyarəsinin ilk sınaq uçuşunu həyata keçirib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, Everett şəhəri (Vaşinqton ştatı) yaxınlığındakı hava limanından qalxıb.

Yeni təyyarənin ilk sınaq uçuşu şirkətin veb-saytında da yayımlanıb. Şirkət qeyd edib ki, bir neçə saatdan sonra layner Sietl hava limanına enib. Bundan əvvəl ilk sınaq uçuşu dəfələrlə təxirə salınıb.

Şirkətin vurğuladığı kimi, bu uçuş “Boeing 777X”-in “ciddi sınaqlarının vacib mərhələsidir”: “Bu, iki mühərriklə təchiz edilmiş və yanacaq istehlakı baxımından geniş gövdəli təyyarələr arasında ən böyük və ən səmərəli təyyarədir”.

İyul ayında “Boeing” şirkəti mühərrikin təkmilləşdirilməsi ilə əlaqədar yaranmış problemlər səbəbindən “777X”-in ilk uçuşunu 2020-ci ilin əvvəlinə qədər təxirə salmağa qərar verib. Əvvəlcə, onun sınağı 2019-cu ilin payızına planlaşdırılırdı, müştərilərə isə ilk tədarüklər 2020-ci ildə gözlənilirdi.