4137
18:16
25 Yanvar 2020

Tolikdən Naziləyə qalmaqallı ad günü təbriki - FOTO

Prodüser Tarix Əliyev (Tolik) və şairə Nazilə Səfərli arasında qalmaqal yaşanıb.

Tolik doğum gününü qeyd edən sənətçinin arxiv fotosunu paylaşaraq ona bu sözləri yazıb:

“Dedim ad gününü təbrik edim, çünki sən həyatda ən gözəlinə Allah tərəfindən yox, həkimlər tərəfindən layiq olmusan. Eltondan da (Müğənni Elton Hüseynəliyev – red.) ayrı düşmə, hər zaman yanında ol! Bəlkə arzuların çin olar. Özü də, ay yazıq qadın, Elton səni seçsəydi, dünən verilişində olardı. Yalandan deməzdin ki, guya Eltona Təcili Tibbi Yardım gəlib. Təcili Tibbi Yardım əzizlərinə gəlsin!”.

Qeyd edək ki, N.Səfərli ötən gün aparıcısı olduğu “Ona qalsa” proqramında özünə ad günü edib. Verilişin bir gün öncə yayımlanan anonslarında aparıcının bir günlük E.Hüseynəliy olacağı qeyd edilib. Lakin sənətçi səhhətində yaranan problemə görə efirə çıxa bilməyib.

T.Əliyev isə ötən gün açıqlama verərək Eltonla 6 illik işbirliyinə son qoyduğunu bildirib.

Onu da bildirək ki, Tolik aparıcısı olduğu “Hər şey daxil” verilişində də ad çəkmədən N.Səfərli haqda sərt fikirlər səsləndirib:

“Allah qara qəlbli insanları hər zaman qara gündə qoysun. Yekəburun, irisimalı, özünü bütün günü plastik əməliyyat etdirənlər sizdən uzaq olsun. Belə aparıcılar var – səhər verilişi aparırlar. Çox eybəcərdirlər. Şeytansifətlər, Allah bəlanızı versin”.

O, daha sonra İnstaqram səhifəsi ələ keçirmək istəyənlərin olduğunu yazan Naziləyə “Bəziləri yazır ki, səhər-səhər kimdi mənim İnstaqram səhifəmi oğurlayan? Sən özün kimə lazımsan ki, səhifəni də oğurlasınlar? Boş-boş danışır” sözlərini söyləyib. N.Səfərli isə prodüserə cavab verməyib.

Xatırladaq ki, Toliklə şairə arasında bir neçə ay öncə də qalmaqal yaşanmış, tərəflər daha sonra barışmışdı.

(Axşam.az )