2743
14:31
25 Yanvar 2020

Futbol tarixində ən bahalı transferlər açıqlandı - Şok rəqəmlər

Futbol tarixinin ən bahalı transferləri açıqlanıb. Lent.az xəbər verir ki, bu siyahının hazırlanmasında əvvəlki illərə nisbətən infilyasiya nəzərə alanıb. Bu, qiymətlərin indiki ilə müqayisədə xeyli aşağı olduğu dövrlərin transfer məbləğlərini indikinə uyğunlasd?r?l?b.

Nəticədə Canluka Vialli tarixin ən bahalı transferi adlandırılıb. O, 1992-ci ildə "Sampdoriya”dan "Yuventus”a indiki dövr üçün olduqca az, həmin dövr üçün çox yüksək məbləğə - 12,5 milyon funt-sterlinqə transfer olunub. İnfilyasiya nəzərə alınanda, həmin rəqəm indiki ölçülərlə 209 milyon funt-sterlinqə bərabər olub.

İkinci sırada hazırda dünyanın transfer rekordu hesab olunun Neymar yer alıb. Braziliyalı "Barselona"dan PSJ-yə 202 milyona transfer olunub.

İlk "üçlüy"ü Kriştiano Ronaldonun "Mançester Yunayted"dən "Real"a transferi yer alıb.

  1. Canluka Vialli ("Sampdoriya”dan "Yuventus”a) - 209 milyon funt-sterlinq
  2. Neymar ("Barselona”dan PSJ-yə) - 202
  3. Kriştianu Ronaldo ("Mançester Yunayted”dən "Real”a) - 195,1
  4. Romario (PSV-dən "Barselona”ya) - 167
  5. Qaret Beyl ("Tottenhem”dən "Real”a) - 166,6
  6. Rio Ferdinand ("Lids”dən "Mançester Yunayted”ə) - 158,6
  7. Zinəddin Zidan ("Yuventus”dan "Real”a) - 157,5
  8. Ronaldo ("İnter”dən "Real”a) - 155,2
  9. Alen Bokşiç ("Marsel”dən "Latsio”ya) - 153,1

10-11. İqor Şalimov ("Foca”dan "İnter”ə) - 152

Jan-Pyer Papen ("Marsel”dən "Milan”a) - 152.

Fanat.az