1451
12:18
25 Yanvar 2020

Azərbaycanda yeni “ASAN xidmət” mərkəzləri açılacaq - SİYAHI

“Bu il Kürdəmir, Ağcabədi, Tovuz, Balakən və Bakı şəhərində "ASAN xidmət" mərkəzlərinin açılması nəzərdə tutulur”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri (“ASAN xidmət”) Ülvi Mehdiyev deyib.

O qeyd edib ki, Sumqayıt və Gəncədə də əlavə “ASAN xidmət” mərkəzlərinin tikintisinə başlanılacaq.

“Eyni zamanda Salyan və Lənkəranda da "ASAN Xidmət" mərkəzlərinin tikintisi planlaşdırılır”, - deyə Ü. Mehdiyev vurğulayıb.