1379
15:18
25 Yanvar 2020

Bakıda ağır yol qəzası olub

Bu gün səhər saatlarında Bakıda ağır yol qəzası baş verib. Lent.az -ın məlumatına görə, qəza Sabunçu rayonu ərazisində, Maştağa körpüsünün üstündə qeydə alınıb.

İki minik maşını toqquşub, avtomobillərdən biri körpüdən aşıb.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən bildirilib ki, qəza nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılardan 5 kişi, ikisi qadındır.

Qəza nəticəsində xəsarət alanlar “Təcili yardım”la 3 saylı Sabunçu xəstəxanasına aparılıblar.