667
19:16
24 Yanvar 2020

DİN-dən AXCP fəalının işgəncəyə məruz qalmasına dair yazılanlara MÜNASİBƏT

Daxili İşlər Nazirliyi inzibati həbsdə olan AXCP fəalı Zamin Salayevin oğlunun guya işgəncə nəticəsində atasında olan yırtığın partlaması ilə bağlı dediklərinə münasibət bildirib.

DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov APA -ya bildirib ki, Zamin Salayevdə yırtıq varsa, bunun onun həbs olunması ilə heç bir əlaqəsi yoxdur: “Hər bir insanda bu xəstəlik ola bilər. Zamin Salayevdə olan yırtıq dünənin, bu günün problemi deyil. Onun bu xəstəliyi bir neçə il əvvəl yaranıb. O, özü də həkim müayinəsində olarkən bunu deyib”.