978
16:45
24 Yanvar 2020

Körpələr evində uşaqları bir-birinə bağlayan tibb işçiləri cəzalandırıldı

Gəncə Şəhər 2 saylı Körpələr evində körpələrin bir-birinə bağlanması ilə bağlı rəsmi məlumat yayılıb.

Körpələr evindən APA -ya verilən məlumata görə, son günlər sosial şəbəkədə yenidən yayımlanan video və şəkillərlə bağlı xüsusi komissiya yarıdılıb. Araşdırmalar aparılıb, körpələrin bir-birinə bağlanması öz təsdiqini tapmasa da, uşaqların bezlərinin düşməməsi üçün bellərinə uzun corablar bağlanması aşkar olunub və bunu edən 2 orta tibb işçisi ciddi cəzalandırılıb: “Videogörüntülərdə uşaq evinin təmirsiz və səliqəsiz olmasına münasibət bildirərək qeyd edək ki, uşaq evində bu məsələ ilə bağlı ciddi problem yoxdur. Müəssisədə xırda təmir bərpa işləri aparılıb, körpələr evi isti su, kombi sistemi və müasir istilik sistemi ilə təmin olunub. Müəssisədə paltaryuyan maşınlar, tozsoranlar var və təmizlik məsələsinə tamamilə riayət edilir”.

Qeyd edək ki, uşaq evində valideynləri tərəfindən atılan üç yaşa qədər olan uşaqlar saxlanılır.