1282
11:18
24 Yanvar 2020

Çinə gedənlərin nəzərinə: Bu ölkənin 10 şəhərinə giriş qadağandı - DƏHŞƏTLİ VİRUS

Çində 10 şəhərə giriş rəsmən qadağan olunub.

Lent.az -ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, səbəb bu şəhərlərdə koronavirusun tüğyan etməsidir.

Məlumata görə, Uxan, Eçjou, Çibi, Çjiszyan, Xuanşi, Syantao, Enşi, Tzyantzyan və daha iki şəhərə giriş rəsmən qadağan olunub. Bu şəhərlərdə kafe və restoranlar, kinoteatrlar, bağlanıb. İctimai nəqliyyat işləmir. Yalnız ərzaq mağazaları günün müəyyən saatlarında fəaliyyət göstərir.

Xatırladaq ki, indiyədək 26 nəfər Çində yayılan koronavirusun qurbanı olub, 200 nəfərədək şəxs isə ölümcül vəziyyətdədir.