463
09:53
24 Yanvar 2020

Azərbaycanda axtarışda olan 45 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi ötən gün respublika ərazisindən qeydə alınan kriminal hadisələrin statistikasını açıqlayıb.

Nazirlikdən Lent.az -a verilən məlumata görə, gün ərzində törədilmiş 21 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 45 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında baş verən 1 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.