1098
00:48
24 Yanvar 2020

Bakıda avtomobilin üstünə ağac aşıb - FOTO

Bakının Yasamal rayonunda avtomobilin üstünə ağac aşıb.

APA-nın məlumatına görə, hadisə Şərifzadə küçəsində qeydə alınıb.

Güclü küləyə tab gətirməyən ağac yaxınlıqda dayanan "Mercedes" markalı avtomobilin üstünə aşaraq sahibinə ciddi ziyan vurub.

Hadisə zamanı xəsarət alan olmayıb.