1161
19:38
23 Yanvar 2020

Robotlar xəritəsiz hərəkət edəcək: ŞOK ixtira

"Facebook" tərəfindən hazırlanmış süni intellekt robotlara xəritəsiz hərəkət etməyə imkan verir.

Lent.az "ictnews"a istinadən xəbər verir ki, bir çox robotlar datçiklərin göstəricilərinə və ya ərazi üzrə oriyentirlərə əsasən artıq xəritəsiz hərəkət edə bilirlər.

Xəritəsiz istiqamətin müəyyənləşdirilməsi yalnız öncədən təyin edilmiş marşrut üzrə hərəkət etməyə imkan verir. Əvvəl robot öz yolunda maneə ilə qarşılaşdıqda istiqamətini dəyişdirə bilmirdi və ilişib qalırdı.

"Facebook"un mühəndisləri bu problemi həll ediblər: sınaqlar zamanı onlar tərəfindən yaradılmış robotların idarə edilməsi üçün süni intellekt onlara 99,9% halda təyinat nöqtəsinə çatmağa imkan verib. Bu halda robotlar 3% halda öncədən müəyyənləşdirilmiş marşrutdan kənara çıxıblar.

Tədqiqatçıların sözlərinə görə, bu, hərəkət zamanı yaranan maneəni dəf etmək üçün kifayətdir. Bu halda robotlar dərinlik sensoruna malik standart RGB-kamera, GPS və kompasla təchiz edilib.