1189
19:31
23 Yanvar 2020

“Liverpul” ac olmalı və axıra qədər mübarizə aparmalıdır – Sadyo Mane


“Liverpul”un hücumçusu Sadyo Mane mövsümün qalan hissəsində komandanın vəzifələrindən danışıb.

Lent.az -a xarici KİV-ə istinadla bildirir ki, 27 yaşlı seneqallı deyib: “Biz mükafatlar qazanmaq – həm Premyer-liqada, həm də yenidən Çempionlar liqasında qalib olmaq istəyirik. Bu asan olmayacaq, lakin “Liverpul” bunu edə bilər. Biz sadəcə yaxşı mənada ac olmalı və özümüzü axıra qədər mübarizəyə məcbur etməliyik”.

Xatırladaq ki, “Liverpul” İngiltərə çempionatında əminliklə liderlik edir. Komanda 64 xal toplayıb və ikinci sıradakı “Mançester Siti”ni 13 xal qabaqlayır, ehtiyatda iki oyunu da var. Yurqen Kloppun komandası keçirdiyi 22 oyunda 21 qələbə qazanıb və bir dəfə heç-heçə edib.

Liverpullular Çempionlar liqasının 1/8 final mərhələsində iki dəfə Madrdidin “Atletiko” klubu il qarşılaşacaq. Oyunlar fevralın 18-də martın 11-də keçiriləcək.

Bu gün “Liverpul” İngiltərə Premper liqasının 24-cü turunda səfərdə “Vulverhempton”la qarşılaşacaq.