620
17:17
22 Yanvar 2020

"Bir ildə 818 cinayətkar qrup zərərsizləşdirilib" - Vilayət Eyvazov

2019-cu ildə 818 cinayətkar qrup zərərsizləşdirilib.

Lent.az xəbər verir ki, bu sözləri daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov 2019-cu ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında deyib.

Nazir “102” qayanr xətt xidmətinə daxil olan məlumatlar üzrə görülmüş operativ cavab tədbirləri ilə 2039 cinayətin «isti izlərlə» açıldığını, 7.556 hüquqazidd əməlin qarşısının alındığını, «Təhlükəsiz şəhər» sisteminin imkanları ilə 575 cinayətin açıldığını vurğulayıb. Həmçinin, təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb edilməsi sahəsində görülmüş tədbirlərlə 3608 nəfərin tutulduğunu diqqətə çatdırıb.

V.Eyvazov qeyd edib ki, mütəşəkkil cinayətkarlıqla mübarizə də məqsədyönlü şəkildə həyata keçirilib və hesabat ilində 818 cinayətkar qrup zərərsizləşdirilib. Qeyri-leqal dövriyyədən bütövlükdə 1 ton 231 kiloqram narkotik vasitə çıxarılıb. Qeyri-qanuni kultivasiya edilən 127 tona yaxın çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.

Ötən il respublikanın hüquq-mühafizə orqanları 31.539 cinayət işindən 81 faizinin istintaqını daxili işlər orqanları müstəntiqləri aparıb və vətəndaşlara dəymiş 52 milyon manatdan çox maddi ziyanın 92,7 faizi məhz istintaq zamanı ödətdirilib.