2304
17:05
22 Yanvar 2020

Azərbaycanda uşaqlara ən çox qoyulan adlar - SİYAHI

Ötən il Azərbaycanda uşaqlara ən çox qoyulan adların siyahısı açıqlanıb.

Ədliyyə Nazirliyindən APA -nın sorğusuna cavab olaraq bildirilib ki, siyahıda uşaqlara ən çox qoyulmuş 10 ad yer alıb.

Ötən il yeni doğulan oğlan uşaqlarına ən çox qoyulan ad Yusif, qızlara qoyulan ad isə Zəhra olub.

Belə ki, 2019-cu ildə doğulan 2464 uşağa Yusif, 2468 uşağa isə Zəhra adı qoyulub.

Həmçinin qeyd olunub ki, ötən il 2262 uşağa Əli, 1977 uşağa Hüseyn, 1545 uşağa Nuray, 1452 uşağa Fatimə, 1706 uşağa Zeynəb, 1587 nəfər Aylin, 1424 uşağa Ömər, 1603 Məryəm adı qoyulub.