973
13:41
22 Yanvar 2020

Bu ölkədə ilk dəfə qadın prezident seçildi

Yunanıstan Ali Məhkəməsinin sədri Yekaterina Sakellaropulu ölkə prezidenti seçilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, səsvermə bu gün səhər saatlarında parlamentdə keçirilib.

Parlamentdə 300 nəfər deputatdan 200-dən çoxu Y. Sakellaropuluya etimad göstərərək səs verib.

Y.Sakellaropulu Yunanıstanda ilk qadın prezident kimi tarixə düşüb.