593
18:45
21 Yanvar 2020

Azərbaycanda 100-dən çox üçəm doğulub

Ötən ilin 11 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 129183 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Lent.az -a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (14,2) qalıb. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 3102-si əkiz, 102-si üçəm, 8-i isə dördəm doğulanlardır.