495
15:31
21 Yanvar 2020

2019-cu ildə yol qəzalarında 821 nəfər ölüb

Ötən il yol qəzalarında ölənlərin sayı artıb.

Lent.az -ın məlumatına görə, bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov “2019-cu ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi”ndə çıxışı zamanı səsləndirib:

“Görülmüş tədbirlərə baxmayaraq, ötən il respublika ərazisində 1870 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 821 nəfər həlak olub, 1702 nəfər xəsarət alıb. Bu da 2018-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayının 53 fakt, onların nəticəsində həlak olanların sayının 99 nəfər artması, xəsarət alanların sayının isə 9 nəfər azalması deməkdir.

Qeydə alınan ümumi hadisələrin 43,6 faizi piyadaların vurulması ilə bağlı olub ki, nəticədə 329 nəfər həlak olub, 527 nəfər xəsarət alıb”.