562
15:02
21 Yanvar 2020

Azərbaycanda 37 yaşlı kişi kanalda batdı

Abşeronda bir nəfər kanalda batıb.

Lent.az -a Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə, Abşeron rayonunda 1 nəfərin meyitinin su kanalından çıxarılması üçün müraciət daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu 37 yaşlı Əhmədov Ceyhun Nadir oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.