1152
17:38
26 Yanvar 2020

Hələ heç bir avtomobildə belə şey olmamışdı - YENİLİK

Türkiyənin yeni istehsal etdiyi avtomobillərində (“TOGG”) bəzi funksiyaları internetlə idarə etmək mümkün olacaq.

Lent.az Türkiyə KİV-ə istinadən bildirir ki, şirkətin ekosisteminə daxil olan startapın “ağıllı həyat” başlıqlı yeni texnologiyası rəhbərinin “avtomobildən artığını yaradacağıq” fikrini qətiləşdirib.

Yeni platformalı avtomobil, internetə qoşula bilən ağıllı cihazlarla təchiz olunub. Bu da onun funksiyalarının daha rahat idarə olunmasına şərait yaradır.

Şirkət rəhbəri Gürcan Karakaşın dediyi kimi, “dünyanın ən yaxşıları ilə” birlikdə ərsəyə gətirilən “TOGG”un ağıllı cihazlarla əlaqə qura bilən, topladığı məlumatları qəbul edib sürücüyə ötürən texnologiyası avtomobilin özəlliklərindən biridir.

Avtomobil, sensor, kamera və prosessorlarda olan internet vasitəsilə ətrafdakı internetə qoşula bilən cihazlarla əlaqəyə girir. Bununla da qoşulduğu ağıllı cihazları idarə etməklə yanaşı, həmin cihazların da özünü idarə etməsinə imkan verir.