1746
18:31
18 Yanvar 2020

Prokurorluğa çağırılan sayt rəhbəri iki əməkdaşını işdən çıxartdı

Xəbər verdiyimiz kimi, bu gün Oxu24.com saytının təsisçisi və baş direktoru Mircəlal Məcidov Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq “Kütləvi informasiya vasitələri haqqında” qanunun 10-cu maddəsinə əsasən yalan və qərəzli yazıları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməzliyi diqqətinə çatdırılıb. Gələcəkdə belə xarakterli, qərəzli və qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

Lent.az ın məlumatına görə, saytın təsisçisi dəqiqləşdirilməmiş məlumatı saytda yayımladığına görə, iki əməkdaşı tutduğu vəzifədən azad edib və gələcəkdə belə nöqsanlara yol verməmələri barədə sayt əməkdaşlarına ciddi xəbərdarlıq edib.

Oxu24.com rəhbərliyi yaranmış xoşagəlməz vəziyyətə görə, güc stukturu rəhbərliyindən və oxuculardan üzr istəyir.