948
16:00
18 Yanvar 2020

Doktoranturaya qəbul olmaq istəyənlər sınaq imtahanları verdilər

Dövlət İmtahan Mərkəzində (DİM) doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslərin xarici dil (ingilis, fransız, alman) fənləri üzrə imtahana daha da səmərəli hazırlaşmalarına kömək etmək məqsədilə elektron sınaq imtahanları keçirilib.

Mərkəzdən Lent.az -a verilən məlumata görə, sınaq imtahanları bu gün saat 10.00 və 15.00-da başlayıb.

İmtahanda iştirak etmək üçün onlayn qeydiyyat yanvarın 17-də saat 17.00-da başa çatıb.