1107
19:45
18 Yanvar 2020

Külli miqdarda heroin satanlar saxlanıldı - Biri qadındır

Qaradağ rayon Polis İdarəsi 10-cu Polis Bölməsi əməkdaşları əldə edilən məlumat əsasında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Lent.az -a daxil olan məlumata əsasən, nəticədə şübhəli bilinən Lökbatan qəsəbə sakini T.Əmirov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Yardımlı rayon sakinləri O.Kərimi və Z.Məmmədova da müəyyən edilərək saxlanılıblar. Onların qəsəbə ərazisində kirayədə yaşadığı mənzildən 1,1 kiloqrama yaxın heroin aşkar edilərək götürülüb.