1012
11:53
18 Yanvar 2020

Azərbaycanda QHT sədri FACİƏLİ şəkildə öldü

Saatlı rayonunda ağır yol qəzası baş verib.

Lent.az -ın məlumatına görə, hadisə rayonun Qara Nuru kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Saatlı rayonu, Azadkənd kənd sakini, “Azadkənd Sudan İstifadə Edənlər” İctimai Birliyinin sədri Nizami Cəfərovun idarə etdiyi "VAZ 21074" markalı maşınla Saatlı rayon sakini Səmədov Əbülfət Ərəstun oğlunun idarə etdiyi "Mitsubishi" toqquşub.

Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü və "Mitsubishi"də olan sərnişinlər - Elşad Teymurov və Feyruz Minbaşıyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

N.Cəfərov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.