501
09:59
18 Yanvar 2020

Azərbaycanda bələdiyyənin binası yandı

Oğuz rayonunun Filfilli kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli 5 otaqlı inzibati binanın 2 otağının yanar konstruksiyaları və dam örtüyü 50 m² sahədə yanıb.

Lent.az -a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğını yanğından mühafizə bölmələri söndürüb.

APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, yanğın baş verən bina Xaçmaz kənd bələdiyyəsinə məxsus olub.