471
09:51
18 Yanvar 2020

Azərbaycanlı tələbə itkin düşdü

Azərbaycanlı tələbə İtaliyada itkin düşüb.

Binədəqi rayon Polis İdarəsindən APA -ya verilən məlumata görə, rayon sakini Əliguşad Xıdırov 4-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək oğlu, 24 yaşlı Cavid Xıdırlının yanvarın 10-da İtaliyanın Torino şəhərində itkin düşdüyünü bildirib.

C.Xıdırlı İtaliyada ali təhsil alır.

Daxil olan məlumat əsasında araşdırmalara başlanıb.