576
09:43
18 Yanvar 2020

Bakıda 150 min manatlıq dələduzluq

Bakıda külli miqdarda dələduzluq edilib.

APA-nın məlumatına görə, paytaxtın Yasamal rayon sakini, 43 yaşlı Miramin Mirsultanov polisə ərizə ilə müraciət edərək Bakı şəhər sakini Mirrauf Manafovun onun etibarından sui-istifadə edərək 150 min manat pulunu mənimsədiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.