523
18:39
17 Yanvar 2020

Keçmiş məhkumdan narkotik aldı, ikisi də tutuldu

Bakıda xeyli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsi 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Salmanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin götürülüb.

Davam etdirilən tədbirlərlə A.Salmanovun narkotik vasitəni Bakıxanov qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Rzayevadan alması müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə onun evindən 1 kiloqram 256 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.